Elektro Bağlamada Səsgötürənlərin Mövqeyi Necə Olmalıdır?

Oxuma müddəti: 1 dəq.

Elektro bağlamalarda sazdan alınan səs siqnalını elektrik siqnallarına çevirmək üçün səsgötürən (pickup) adlanan elektron qəbuledicilər istifadə olunur. Səsgötürənlərin texniki quruluşu haqqında yazının sonrakı bölmələrində ətraflı məlumat veriləcəkdir.

Bu bölmədə səsgötürənlərin saz üzərində mövqelərinin necə olmalı olduğu üzərində duracağıq. Ümumiyyətlə elektro sazların üzərinə 2 ədəd ikikanallı (Humbucker) səsgötürən quraşdırılır. Səsgötürənlərin qapaq üzərindəki mövqeləri sazın tembrinə birbaşa təsir edən mühüm amillərdən biridir. Səsgötürənlərin mövqeyi səhv olduqda səmərəli tembr əldə etmək çətin olur. Aşağıdakı şəkildə səsgötürənlərin qapaq üzərindəki ideal mövqelərinin ölçüləri verilmişdir. Çanağın ölçüsünə (39-41 sm) görə səsgötürən yerləri təqribi şəkildə göstərilmişdir (Xərək səsgötürəninin orta xərəyə məsafəsi: 2,5 – 3,5 sm ölçüsündə, Xərək ilə Qol səsgötürəni arası: 9-10 sm ölçüsündə olmalıdır.)

Səsgötürən mövqeləri: xərək səsgötürəni orta xərəyə 2,5-3,5 sm, iki səsgötürən arası 9-10 sm

Bundan əlavə, bəzi istehsalçılar xərək (bridge) və qol (neck) mövqeləri üçün ayrı xüsusiyyətli səsgötürənlər istehsal edirlər. Belə səsgötürənlər istifadə olunduqda üzərində B (Bridge) yazılan səsgötürən orta xərəyə yaxın mövqeyə, üzərində N (Neck) yazılan səsgötürən isə sazın qol tərəfinə quraşdırılmalıdır. Bu səsgötürənlərin tərs quraşdırılması, eyni sazın üzərinə iki ədəd B və ya iki ədəd N xüsusiyyətli səsgötürənin quraşdırılması halında sazın tembri əhəmiyyətli dərəcədə təsirlənəcək və istənilən tembr alınmayacaqdır.

Bəzi istehsalçıların istehsal etdiyi bəzi model səsgötürənlərdə isə belə bir məhdudiyyət olmadığından bu səsgötürənlər hər iki mövqeyə quraşdırıla bilər.

Aşağıdakı şəkildə səsgötürənlərin yerləri göstərilmişdir.

B (bridge) səsgötürən orta xərək tərəfində, N (neck) səsgötürən qol tərəfində

Davamı

Elektro Bağlamada Səsgötürənlərin Tembrə Təsirləri Nələrdir?

Hansı məhsulun sazınıza uyğun olduğuna əmin deyilsiniz? WhatsApp ilə soruşun.

Digər məqalələr